İsrail qəzeti: "Azərbaycan ordusu hücuma keçir – ermənilər geri çəkilir"
21 oktyabr 2020 16:05 (UTC +04:00)

İsrail qəzeti: "Azərbaycan ordusu hücuma keçir – ermənilər geri çəkilir"

Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında əsl müharibə qızışmaqda davam edir. Bu müharibədə yeni rekord vurulub, belə ki, Azərbaycan ordusu Dağlıq Qarabağdan cənuba, İran sərhədi boyunca müdafiə xətlərini yarıb və şimala, Dağlıq Qarabağın paytaxtı Xankəndi şəhəri istiqamətində irəliləməyə real nail olub.

Lent.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Dağlıq Qarabağ: Azərbaycan ordusu hücuma keçir – ermənilər geri çəkilir” sərlövhəli məqaləsində tanınmış israilli jurnalist Neta Bar yazıb.

Qəzet qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatları zonasının cənub istiqamətində 13 kənd və şəhərin, o cümlədən 1990-cı illərdə, birinci Dağlıq Qarabağ müharibəsi başlananadək minlərlə dinc Azərbaycan sakininin yaşadığı Zəngilan şəhərinin işğaldan tam azad olunmasını elan edib.

“Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur. Azərbaycan istəyir ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib”, - “Israel HaYom” qəzeti qeyd edir.

Azərbaycan Prezidenti deyib: “Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bunu biz yerə vurduq. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.

İsrail qəzeti öz tərəfindən yazır ki, ermənilər “bütün istiqamətlərdə əks-hücum həyata keçirmək” barədə elan ediblər, lakin sonradan bu xəbər təsdiqlənməyib.

 

# 949
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31
Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ  -VİDEO

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ -VİDEO

27 aprel 2024 , 21:56
Keniyada 76 nəfər  həlak oldu

Keniyada 76 nəfər həlak oldu

27 aprel 2024 , 20:49